"Mirzoyan sülh danışıqlarının gedişi barədə məni məlumatlandırdı" - Çavuşoğlu

  "Mirzoyan sülh danışıqlarının gedişi barədə məni məlumatlandırdı" -    Çavuşoğlu
  15 Fevral 2023    Oxunub:1416
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna İrəvan və Bakı arasında hərtərəfli sülh sazişinin hazırlanması perspektivləri ilə bağlı danışıqlar ətrafında yaranmış vəziyyət barədə danışıb.
Bunu çərşənbə günü Çavuşoğlu Ankarada erməni həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

“Həmkarım (Mirzoyan) Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi üzrə davam edən danışıqların gedişi barədə mənə məlumat verdi. Əgər üç ölkə qətiyyətli addımlar atsa, bu, Cənubi Qafqazda sülh və sabitliyə fayda verəcək, bu həm də iqtisadi tərəqqi üçün vacibdir”, - türkiyəli nazir bildirib.

Çavuşoğlu onu da qeyd edib ki, o, Mirzoyanla iki ölkə arasında münasibətlərin normallaşması və bu məsələdə gələcək addımları müzakirə edib.

Onun sözlərinə görə, Ermənistan və Türkiyə sərhədində keçid məntəqələrinin hazırlanması davam edir - onlara gedən yollar və körpülər təmir olunur.

Bu, Mirzoyanın Türkiyəyə ikinci səfəridir, bundan əvvəl o, Antalyada diplomatik forumda iştirak edib və türkiyəli həmkarı ilə qapalı danışıqlar aparıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti