Xankəndidə türk mallarının satışı ermənilərdə ajiotaj yaratdı

   Xankəndidə türk mallarının satışı ermənilərdə ajiotaj yaratdı
  15 Fevral 2023    Oxunub:710
Sosial şəbəkələrdə sülhməramlıların müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində Türkiyə məhsullarının satılmasını əks etdirən görüntülər yayılıb.
AzVision.az xəbər verir ki, separatçı rejimin qondarma "Milli Təhlükəsizlik Xidməti" bununla bağlı məlumat yayıb. Qeyd edilir ki, “Dünən Facebookda Qarabağda türk mənşəli kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı məlumat yayıldı. Ermənistan Milli Təhlükəsizlik Xidməti sözügedən işin detalları, o cümlədən bu məhsulların mənşəyini və bazarlarda necə peyda olmasını aydınlaşdırmaq üçün tədbirlər görür. Görülən tədbirlər və nəticələr barədə əlavə məlumat veriləcək”.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti