Ermənistan və Türkiyə Ani sərhəd körpüsünü birgə təmir edəcək

 Ermənistan və Türkiyə  Ani sərhəd körpüsünü birgə təmir edəcək
  15 Fevral 2023    Oxunub:1020
Ermənistan və Türkiyə Ani sərhəd körpüsünü təmir edəcək
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Mirzoyan Ermənistanın regionda sülhün bərqərar olmasına, Türkiyə ilə münasibətləri tam tənzimləməyə, diplomatik münasibətlər qurmağa və sərhədləri tam şəkildə açmağa hazır olduğunu və istəyini təsdiqləyib.

“Bildirmək istərdim ki, biz bu prosesdə müəyyən detalları müzakirə etdik. Ani körpüsünün birgə təmiri, sərhəd tam açılana qədər müvafiq infrastrukturun qayğısına qalması barədə razılaşma var”, - deyə Mirzoyan bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti