Ərdoğan müxalifətçilərdən ancaq Məhərrəm İncə ilə görüşdü - VİDEO

Ərdoğan müxalifətçilərdən ancaq Məhərrəm İncə ilə görüşdü -  VİDEO
  15 Fevral 2023    Oxunub:954
Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykalın Ankarada dəfn mərasimi keçirilib.
AzVision.az -ın məlumatına görə, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə də iştirak edib.

Lakin diqqət çəkən məqam Türkiyə dövlət başçısının Məhərrəm İncədən başqa heç bir müxalifət lideri ilə görüşməməsi olub. O, M. İncə ilə əl-ələ görüşərək onun yanında dayanıb.



AzVision.az



Teqlər:





Xəbər lenti