Rusiya 11 ölkə ilə vizasız rejim tətbiq etməyi planlaşdırır

Rusiya 11 ölkə ilə vizasız rejim tətbiq etməyi planlaşdırır
  15 Fevral 2023    Oxunub:676
Rusiya hökuməti viza rejiminin sadələşdirilməsi üzərində işləyir, on bir ölkə ilə vizasız rejimin tətbiqi və daha altı ölkə ilə vizaların verilməsi üçün sadələşdirilmiş prosedurun tətbiqini planlaşdırır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "İndi təxminən on bir ölkə ilə tamamilə vizasız səyahətin imzalanması planlaşdırılır, daha altı ilə, səhv etmirəmsə, Hindistan, İndoneziya da daxil olmaqla asanlaşdırılmış şərtlər olacaq"- , Lavrov bildirib.

Nazir vizasız rejimin tətbiq oluna biləcəyi ölkələri sadalamayıb. O qeyd edib ki, hazırda sadələşdirilmiş qaydada ruslara viza verilməsini dayandıran "qeyri-dost" ölkələr istisna olmaqla, 70-ə yaxın ölkənin vətəndaşları üçün elektron vizaların verilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması təşəbbüsü davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti