"Türkiyə və Azərbaycanın iqtisadiyyatımızdakı payı 20%-dən çox olmamalıdır" - Qazinyan

   "Türkiyə və Azərbaycanın iqtisadiyyatımızdakı payı 20%-dən çox olmamalıdır" -   Qazinyan
  15 Fevral 2023    Oxunub:551
Erməni siyasətçi, keçmiş deputat Artur Qazinyan diqqət çəkən açıqlama verib. AzVision.az xəbər verir ki, o, ölkəsinin yaxın on ildə mövcud olması üçün əsas şərtləri açıqlayıb.
- Növbəti on ildə Ermənistan dövlətini qoruyub saxlamaq üçün ölkəmiz iki mühüm məsələyə diqqət yetirməlidir. Birincisi, ölkədə erməni əhalinin ən azı 75%- təşkil edəcəyinə zəmanət vermək. İkincisi isə Türkiyə və Azərbaycanın Ermənistan iqtisadiyyatındakı payını 20%-dən çox olmayan səviyyədə saxlamaq. Bu gözlənilən problemlərə proqnozlaşdırılan böyük həcmli investisiyalar və müxtəlif ölkələrdən Ermənistana olacaq əmək miqrantları ilə bağlı axınlar səbəb olur.

Əgər bu iki problemi həll edə bilsək, əlverişli regional şəraitdə erməni dövlətini bərpa etmək və ya yeni bir dövlət yaratmaq imkanımız olacaq, - eks-deputat deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti