Pentaqon: "Son 48 saat ərzində ABŞ üzərində yeni naməlum obyektlər olmayıb"

      Pentaqon:    "Son 48 saat ərzində ABŞ üzərində yeni naməlum obyektlər olmayıb"
  15 Fevral 2023    Oxunub:784
ABŞ-ın müdafiə naziri Lloyd Ostin son 48 saat ərzində ABŞ hava məkanında olan hər hansı yeni obyektdən xəbərdar olmadığını deyib.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə NATO ölkələrinin müdafiə nazirliklərinin rəhbərlərinin görüşündən sonra deyib.

Ostin əlavə edib ki, ABŞ ordusu əvvəllər ABŞ üzərində vurulmuş obyektlərin dağıntılarını toplamaq üçün mümkün olan hər şeyi edəcək.

Qeyd edək ki, fevralın 13-də ABŞ hərbçilərinin Kanada sərhədi yaxınlığında, Huron gölü ətrafında uçan naməlum obyekti (UNO) vurması barədə məlumat yayılıb. İddialara görə, obyekt səkkizbucaqlı formada olub və 20.000 fut (6 km-dən bir qədər çox) hündürlükdə müşahidə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti