Zelenski İlham Əliyevə zəng edib

 Zelenski İlham Əliyevə zəng edib
  15 Fevral 2023    Oxunub:1261
Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə AzVision.az-a Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.

Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti