Normal şəraitdə baş verən zəlzələlərdə yeraltı gərginlik birdən-birə səthə qalxır. Belə illərlə davam edən zəlzələlərdə isə enerji zamanla qırılma xətti boyunca toplanır və nəhayət, böyük bir təkanla səthə çıxır.
Ağır enerji buraxılışlarını aşkar edən GPS alətlərinin hələ kəşf edilməsi belə zəlzələləri 1990-cı illərin əvvəllərinə qədər müəyyən etməyə imkan verməyib. İllər keçdikcə elm adamları yavaş zəlzələlərin müddətinin çox fərqli ola biləcəyini də kəşf etdilər.
2004-cü ildə İndoneziyada olan 9,1 bal gücündəki "Sumatra", 2011-ci ildə Yaponiyada olan 9,1 bal gücündəki "Tohoku" və 2014-cü ildə Şilidəki 8,2 bal gücündə "İquike" zəlzələləri daxil olmaqla, bu günə qədər baş verən ən güclü zələlələrdən pncə yavaş sürüşmələr qeydə alınıb.
![](https://azvision.az/photos/2023/02/1676486503.jpg)
AzVision.az