İsrail XİN rəhbəri ilk dəfə Kiyevə getdi

İsrail XİN rəhbəri ilk dəfə Kiyevə getdi
  16 Fevral 2023    Oxunub:889
İsrailin xarici işlər naziri Eli Koen fevralın 16-da Ukraynaya getdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Koen Kiyevə yenicə çatdığını yazıb. O əlavə edib ki, bu, İsrail nazirinin müharibə başlayandan bəri Ukraynaya ilk səfəridir. Nazir qeyd edib ki, onun prezident Vladimir Zelenski, eləcə də ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşü planlaşdırılır. Bundan əlavə, nazir ölkəsinin Kiyevdəki səfirliyinin fəaliyyətini yenidən bərpa etmək və yəhudi icmasının nümayəndələri ilə görüşməyi planlaşdırır.

Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail  



Xəbər lenti