Hər kəsi ağladan “son sifariş” : Dağıntılardan atasının telefonunu tapdı

     Hər kəsi ağladan “son sifariş”   : Dağıntılardan atasının telefonunu tapdı
  16 Fevral 2023    Oxunub:778
Adıyamanda tibb bacısı Gülsüm Börta və 30 illik müəllim həyat yoldaşı Mehmet Börta dağıntılar altında həyatını itirib. Cütlüyün tibb fakültəsinin tələbəsi olan qızı Merve Börta dağıntılar altından atasının mobil telefonunu tapıb.
İki gün sonra doğum günü olacaq Merve atasının mobil telefonuna baxanda sonuncu sifarişin ad günü hədiyyəsi olduğunu görüb və göz yaşlarına hakim ola bilməyib. O, fevralın 18-də ilk dəfə özəl gününü anasız və atasız qeyd edəcək.

Valideynləri ilə birlikdə şam üfürməyin böyük bir nemət olduğunu yazan tələbə qız "Böyük nemət imiş, bilməmişəm. Ad günüm 18 fevraldır. Həyatımda ilk valideynsiz ad günüdür. Hətta atam mənim hədiyyəmi də hazırlamış imiş. Atamın telefonunu dağıntılar altından tapdım. Onun son sifarişi mənim hədiyyəm olub.

Onlar 53 yaşında birlikdə mələk olublar. Əl-ələ tutdular və mələk kimi 30 illik evliliklərini tamamladılar. Sevgini, şəfqəti onlardan öyrəndim. Mən sizin üçün çox darıxıram. Allah mənə səbr versin deyirəm. Onlar şəhiddir, hər gecə valideyinlərimə "gecəniz xeyrə qalsın" demədən yata bilmirəm”,- kədərini bölüşüb.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti