Ermənistanda vətəndaşlarla polislər arasında qarşıdurma olub - VİDEO

   Ermənistanda vətəndaşlarla polislər arasında qarşıdurma olub -   VİDEO
  16 Fevral 2023    Oxunub:812
Ermənistanda polislərlə vətəndaşlar arasında qarşıdurma olub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, polis əməkdaşları səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinə təhvil verilmiş keçmiş binasına gələrək sakinləri çıxarmağa başlayıblar. Bu zaman dava düşüb. Bina sakinləri iddia ediblər ki, evdən çıxarılma ilə bağlı onlara hansısa formada xəbərdarlıq edilməyib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin keçmiş binası 2022-ci ilin mayında hökumət tərəfindən Dövlət Gəlirləri Komitəsinin balansına verilib. İndiyə kimi kompleks boş qalıbmış. Lakin 2022-ci ilin yayında binaya bir neçə ailə köçüb. Onlar əsasən ciddi sosial problemləri olan aşağı təbəqənin nümayəndələri olub. Sakinlərin sözlərinə görə, hazırda burada 150-200 ailə yaşayır.


Tural Tağıyev
AzVision.az


Teqlər: Ermənistan   Polis  





Xəbər lenti