Hambardzum Paşinyanın müşaviri, Nazeli köməkçisi təyin edildi

Hambardzum Paşinyanın müşaviri, Nazeli köməkçisi təyin edildi
  16 Fevral 2023    Oxunub:687
Ermənistan baş nazirinin keçmiş müavini Hambardzum Matevosyan Nikol Paşinyanın baş müşaviri təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, digər qərarla Şirak vilayətinin keçmiş qubernatoru Nazeli Bağdasaryan baş nazirin köməkçisi təyin edilib.

Xatırladaq ki, Hambardzum Matevosyan 2022-ci ilin dekabrında baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılıb. Nazeli Bağdasaryan isə 2023-cü ilin yanvarında qubernator postunu tərk edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti