Eyni oteldə qalan rus və ukraynalı idmançılar əlbəyaxa dalaşdılar
"Şinnik Yaroslavl" komandasında çıxış edən rusiyalı futbolçu Artyom Semeykin davanın baş verməsi haqqında danışıb: "Ciddi zədəm yoxdur, hər şey qaydasındadır və özümü yaxşı hiss edirəm. Açığı, bütün hekayəni bilmirəm. Otağımda yatırdım, sonra səs-küy eşitdim. Dəhlizə qaçdım. Dərhal camaatın içinə qarışdım.Orada 20 nəfər var idi. Mən yersiz davranış görən kimi Rusiyanı müdafiə etdim".
Hadisənin Ukrayna klubunun planlı hərəkəti olduğunu əsas gətirən rusiyalı futbolçu: "Liftdə başqa insident də oldu. Bir oyunçumuz yeməkdən qayıdırdı və tək idi.
Liftdə Ukrayna tərəfdən bir neçə nəfər yaxınlaşaraq qıcıqlandırdı və onu döyməyə başladı.
Mən günahkarları və qalibi müəyyən etmək istəmirəm", -deyə bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: