Bildirilib ki, "Icefin" kimi tanınan sualtı robot vasitəsi ilə bölgədə sensorlarla araşdırma aparılıb. Araşdırmada isti su yarıqlara və terras kimi tanınan digər açıq ərazilərə doğru hərəkət edir. Nəticədə təxminən ABŞ-ın Florida əyaləti böyüklüyündə olan buzlaqda ən az 30 metr ərimə meydana gəlib.
Araşdırma qrupundan Kornell Universitetində dosento Britni Şmidt CNN-ə müsahibəsində buzlaqların dəyişdiyini və bunun okeanın temperaturu ilə əlaqəli olduğunu deyib: "Biz ərimənin davam etdiyini, atmosferin istiləşdiyini və buzlaqların parçalandığını bilirdik".
Tədqiqatçılardan Peter Davis buzlağın əriməsi ilə yanaşı, buzlaq şelfində də sürətli geri çəkilmənin olduğunu vurğulayıb.
Məlumdur ki, "Thwaites" buzlağının müntəzəm əriməsi nəticəsində dəniz səviyyəsinin illik artımı təxminən 4 faiz olub. Alimlər hesab edirlər ki, "Thwaites" Qərbi Antarktidada təbii bənd rolunu oynayır və bu buzlaq çökərsə, qlobal dəniz suyunun səviyyəsi təxminən 3,5 metr yüksələ bilər.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


