Nuland: "Netanyahu Putini Ukraynadan çıxarsa, ona Nobel verəcəm"

      Nuland:    "Netanyahu Putini Ukraynadan çıxarsa, ona Nobel verəcəm"
  17 Fevral 2023    Oxunub:653
"ABŞ Rusiyanı dəstəkləmək risklərini müttəfiqlərinə çatdırır".
Bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib. “Körfəz ölkələrinə gəldikdə, Vladimir Putinə mərc etməyin mükafatdan daha çox risk daşıdığını nümayiş etdirməyə davam etmək lazımdır. Biz isə bunu sakitcə edirik”, - Nuland bildirib.

O, əlavə edib ki, Çinlə bağlı oxşar iş aparılır, lakin bu, uzun zaman aparacaq. Nuland deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu Putini Ukraynadan “çıxmağa” inandıra bilsə, ona Nobel mükafatı verəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti