"20 dəqiqə qışqırdım, əsgərlərim reaksiya verməyib öldülər" - Erməni zabit

   "20 dəqiqə qışqırdım, əsgərlərim reaksiya verməyib öldülər" -    Erməni zabit
  17 Fevral 2023    Oxunub:1073
Ermənistanda baş vermiş "kazarma faciəsi"nin yeni detalları üzə çıxıb. AzVision.az xəbər verir ki, “Joğovurd” nəşri 15 əsgərin ölümünə səbəb olan yanğınla bağlı başlanmış cinayət işi çərçivəsində zabit Yegişe Akopyanın ifadəsindən bəzi təfərrüatları öyrənib.
Məqalədə qeyd edilir ki, zabit xüsusən yanğının necə başladığını izah edib.

"Bu, Nikol Paşinyanın Ermənistan hökumətinin iclasında təsvir etdiyi detallara o qədər də uyğun gəlmir. Uzun müddətdir ifadə verməkdən imtina edən zabit hüquq-mühafizə xidmətinin əməkdaşlarına etiraf edib ki, o, sobaya benzin töküb. Amma xalqa deyilən hadisələr baş verməyib. Yəni dərhal alov qalxmayıb. O, sobaya bir az sonra yaxınlaşıb ki, niyə alov yaranmadığını öyrənsin. Yalnız bu zaman sobadan güclü alov çıxıb. Alovlanma anında isə zabit benzin qabını əlindən atıb. Nəticədə benzinin bir hissəsi çıxışa doğru tökülüb və qapı yanıb", - nəşr yazıb.

"Kazarma müəmması" böyüyür - Erməni zabit yanğından əvvəl ərizə yazıbmış
İfadədə diqqət çəkən digər məqam isə zabitin "yanğın əsgərlərin çarpayılarına, yatdıqları hissəyə çatana qədər təxminən 20 dəqiqə vaxt çəkdi" deməsi olub. Bütün bu müddət ərzində isə o, "yanğın var" qışqırıb.

"Zabit ifadəsində Levon adlı bir əsgərin onun yanında olduğunu, bir ağızdan qışqırdıqlarını, ancaq yanan otaqdan yalnız iki əsgərin çıxdığını bildirib... Yegişe digər əsgərlərin niyə çölə çıxmadıqlarını, sığınacaqdan qaçmağa cəhd etmədiklərini "hələ də anlaya bilmirəm" deyib. Müstəntiq zabitdən əsgərlərlə hər hansı münaqişəsinin olub-olmadığını soruşub. Akopyan cavab verib ki, onun kazarmada olan əsgərlərin heç biri ilə problemi yoxdur”, - müəllif qeyd edib.

Xatırladaq ki, yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 15 erməni hərbçisi həlak olub, daha üç əsgər isə ölümcül xəsarətlər alıb. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha q0-a yaxın zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb. Həmçinin, sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyan saxlanılıb. Ölən əsgərlərin yaxınları isə hökumətin səsləndirdiyi təsadüfi yanğın versiyasına inanmırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Yanğın   Kazarma  





Xəbər lenti