Köçəryanın ofisinin rəhbəri vəzifəsini martda tərk edəcək
![Köçəryanın ofisinin rəhbəri vəzifəsini martda tərk edəcək Köçəryanın ofisinin rəhbəri vəzifəsini martda tərk edəcək](https://azvision.az/photos/2023/02/Screenshot_10-1676631587.jpg)
Ermənistanın ikinci prezidentinin ofisinin rəhbəri qeyd edib ki, o, bizneslə bağlı xaricdə çox vaxt keçirəcək.
"Mən ofisdən yalnız göstərilən səbəblərə görə, heç bir fikir ayrılığı və üstəlik münaqişə olmadan gedirəm", - Soqomonyan vurğulayıb.
O qeyd edib ki, bu məsələni eks-prezidentlə müzakirə edib və qarşılıqlı olaraq bu qərara gəliblər.
Soqomonyan qeyd edib ki, 18 illik fəaliyyəti ərzində o, Köçəryanla dostluq münasibətləri qurub və bu, “hər hansı konvensiyadan kənardır”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: