"Türkiyə Tək Ürək" kampanyası dünya rekordu qırdı
!["Türkiyə Tək Ürək" kampanyası dünya rekordu qırdı "Türkiyə Tək Ürək" kampanyası dünya rekordu qırdı](https://azvision.az/photos/2023/02/Screenshot_11-1676633358.jpg)
ABŞ və İngiltərədə eyni vaxtda keçirilən tədbirdə iki müğənni Bob Geldof və Midge Ure səhnəyə çıxıb. Efiopiyaya yardım etmək məqsədilə təşkil edilən tədbirə Londonda 72 min, ABŞ-da isə 100 min adam qatılıb, eyni gündə bir çox ölkədə konsertlər təşkil olunub.
Tədbiri təxminən 1,9 milyard insan izləyib və ümumilikdə 127 milyon dollar ianə toplanıb. Türkiyədə toplanan ianə isə 6 milyard 107 milyon 208 min dollara bərabərdir.
Digər tərəfdən, Hollandiyada zəlzələdən zərər çəkənlərə yardım toplamaq üçün ortaq canlı yayımda toplanan ianələr 88 milyon 921 min 468 avroya çatıb.
11 milli və beynəlxalq QHT-nin birgə təşkil etdiyi tədbirdə toplanan ianələr Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərin qida, su, dərman və sığınacaq ehtiyacları üçün istifadə olunacaq.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: