Türkiyədə bu tarixdən hibrid təhsilə keçiləcək

   Türkiyədə bu tarixdən hibrid təhsilə keçiləcək
  17 Fevral 2023    Oxunub:1319
Türkiyədə onlayn təhsil aprel ayına qədər davam edəcək. Bundan sonra qərara yenidən baxılacaq.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar deyib. O, yaz semestrinin 20 fevralda distant təhsillə başlayacağını açıqlayıb.

"Apreldə hibrid təhsil metoduna keçilə bilər. Belə ki, onlayn təhsillə yanaşı, əyani formada da dərslər keçiləcək".

E.Özvarın sözlərinə görə, zəlzələ bölgəsində təhsil alan tələbələrə tədrislərini yaxınlarının olduğu bölgələrdəki ali təhsil ocaqlarında davam etdirmələrinə də şərait yaradılacaq.

Bundan əlavə, təhsilin dondurulması prosesi də asalanşdırılıb. Yaz semestrində abituriyentlərin qeydiyyatının dondurulması və bu müddətin maksimum təhsil müddətindən çıxılmaması qərara alınıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti