Mask zəhlətökən reklamlara görə üzr istədi

 Mask zəhlətökən reklamlara görə üzr istədi
  17 Fevral 2023    Oxunub:1454
“Twitter”in sahibi İlon Mask sosial şəbəkədəki yersiz və bezdirici reklamlara görə üzr istəyib və istifadəçilərə paylaşımlarındakı mövzular əsasında reklamların təqdim edilməsinin planlaşdırıldığını bildirib. Bu barədə o, mikrobloqunda yazıb.
“Twitter-də sizə çoxlu yersiz və bezdirici reklamlar göstərildiyi üçün üzr istəyirəm. Biz Google-un axtarışda etdiyi kimi, reklamları tvitlərdəki açar sözlər və mövzularla əlaqələndirəcək nizamlayıcı tədbirlər görürük”, – Mask bildirib.

"Twitter" istifadəçiləri mütəmadi olaraq reklamların çoxluğundan şikayət edirlər. Mask daha əvvəl bu problemi həll edəcəyinə söz vermişdi.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayının sonunda İlon Mask "Twitter"i əldə etmək üçün 44 milyard dollarlıq müqaviləni bağlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti