Uşaqlara vulqar mahnı oxudan müəllim işdən qovuldu - Video

   Uşaqlara vulqar mahnı oxudan müəllim işdən qovuldu -    Video
  17 Fevral 2023    Oxunub:1594
İranda xanım müəllim şagirdləri ilə vulqar mahnı oxuyub paylaşdığı üçün işindən qovulub.
AzVision.az xəbər verir ki, hadisə Mazandaran vilayətində, Qaimşəhrdə baş verib.

Müəllim uşaqlarla birgə Məcid Əhmədinin mazəni dilində “Gangster Sharh Amol” ("Amol şəhərinin qanqsteri") mahnısını səsləndirib. Mahnının sözlərində “Spirtli içki içəcəyəm. Sərxoş olacağam” ifadəsi yer alıb.

Müəllimin işdən çıxarılmasından da əlavə, onun peşə fəaliyyətinə qadağa qoyulub. Müşahidə Şurası özəl məktəblərin fəaliyyətini yoxlamağa başlayıb. Təhsil müəssisəsinin lisenziyasının ləğv ilə bağlı iclas təyin olunub.



AzVision.az



Teqlər:





Xəbər lenti