Yük maşınında 18 miqrantın meyiti tapıldı

Yük maşınında 18 miqrantın meyiti tapıldı
  18 Fevral 2023    Oxunub:786
Sofiyadan 16 kilometr şimalda yerləşən Lokorsko kəndi yaxınlığında yük maşınında 18 qeyri-qanuni miqrantın cəsədi tapılıb.
Bu barədə BTA agentliyi Bolqarıstan Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb. Ölənlərin əksəriyyəti əfqan əsilli miqrantlardır. Onların arasında 6-7 yaşlarında uşaq meyiti də var.

Yük maşınında taxtaların altında gizlənmiş 50-dən çox insan olub. Sürücü hadisə yerindən qaçıb. Səhiyyə naziri Asen Medjidiyevin sözlərinə görə, sağ qalanlar qışın soyuğunda islanmış vəziyyətdə olub. Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti