Rusiyadan Ermənistana təbii qaz ixracı xeyli azalıb

   Rusiyadan Ermənistana təbii qaz ixracı xeyli azalıb
  18 Fevral 2023    Oxunub:949
Rusiyanın Stavropol vilayətində “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərinin bağlanması səbəbindən Ermənistana təbii qaz idxalı xeyli azalıb.
Bu barədə "Qazprom Ermənistan" şirkəti məlumat yayıb. “Stavropol diyarında yaranan problem səbəbindən “Şimali Qafqaz - Zaqafqaziya” tranzit magistral qaz kəməri qismən bağlanıb və bununla əlaqədar Ermənistana gündəlik təbii qaz idxalı əhəmiyyətli dərəcədə azalıb”, - məlumatda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti