ABŞ hərbçiləri vurulan hava şarlarının qalıqlarını tapa bilmədi

   ABŞ hərbçiləri vurulan hava şarlarının qalıqlarını tapa bilmədi
  18 Fevral 2023    Oxunub:1372
Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı Alyaskada və Huron gölündə vurulan hava şarlarının qalıqlarını tapmaq mümkün olmadığını və bu səbəbdən axtarışların başa çatdığını bildirib.
ABŞ ordusu son günlər ərzində ölkənin hava məkanına müdaxilə edən dörd hədəfi vurub. Vaşinqtonda hava şarının casusluq məqsədilə buraxıldığını bildirsə də, rəsmi Pekin bildirib ki, söhbət itirilmiş mülki hava şarından gedir.

“ABŞ Şimal Komandanlığı bu gün Alyaskada və Huron gölündə axtarış əməliyyatlarının başa çatdırılmasını tövsiyə edib, çünki axtarışlar zamanı fevralın 10 və 12-də vurulmuş hava hədəflərinin heç bir fraqmenti aşkar edilməyib”, - komandanlıq bildirib. Nəticədə müdafiə naziri bu tövsiyə ilə razılaşıb.

Onların ərazisində axtarışların dayandırılması ilə mülki aviasiya uçuşlarına qadağalar müəyyən edən təhlükəsizlik perimetrləri ləğv ediləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti