Vaşinqtonda Tayvan rəsmilər ilə gizli danışıqlar aparılacaq

   Vaşinqtonda Tayvan rəsmilər ilə gizli danışıqlar aparılacaq
  18 Fevral 2023    Oxunub:1471
Ağ Ev gələn həftə Tayvan rəsmiləri ilə gizli danışıqlar aparacaq.
Bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazır. Görüş Çinin reaksiyasına səbəb olmamaq üçün qapalı qalmalı olan “xüsusi diplomatik dialoq” çərçivəsində baş tutacaq.

Nəşrin məlumatına görə, Tayvandan olan nümayəndə heyəti ABŞ-da milli təhlükəsizlik müşavirinin müavini Con Finerlə görüşəcək. Görüşdə ABŞ dövlət katibinin müavini Vendi Şermanın da iştirak etməsi mümkündür. Tayvanı xarici işlər naziri Cozef Vu və milli təhlükəsizlik müşaviri Vellinqton Ku təmsil edəcək.

“Financial Times” qeyd edib ki, "xüsusi kanal" təhlükəsizlik məsələləri ilə məşğul olmaq üçün istifadə olunur və Tayvan ətrafında vəziyyət pisləşdikcə getdikcə daha çox əhəmiyyət kəsb edir.


AzVision.az


Teqlər:





Xəbər lenti