XTQ dronları yeni silahla belə zərərsizləşdirir - VİDEO

   XTQ dronları yeni silahla belə zərərsizləşdirir -    VİDEO
  18 Fevral 2023    Oxunub:1326
Rusiya Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələri (XTQ) hərbçilərinin Ukrayna ordusuna məxsus kəşfiyyat kvadrokopterini PUA əleyhinə xüsusi silahla necə zərərsizləşdirməsini göstərən video yayıb.
Qeyd edilir ki, hərbçilər kvadrokopterin kəşfiyyat üçün cəbhə xəttində havaya qaldırıldığını müşahidə ediblər. Bundan sonra dron əleyhinə silah drona xüsusi dalğalar ötürərək onu bloklamağla aşağı endirib.

Nazirliyin məlumatında o da vurğulanır ki, dronun yaddaşında PUA-nın qaldırıldığı məkanlar və digər dəyərli informasiyalar olub.

Dronla qumbaranı səngərə atdı - VİDEO
Məlumatda deyilir ki, Rusiya desantçıları təxminən iki kilometr məsafədən Ukrayna PUA-larının qarşısını almağa imkan verən dron əleyhinə silahlardan fəal şəkildə istifadə edir.

Qeyd edək ki, dron əleyhinə silah uzaqdan idarə olunan PUA ilə onu havaya qaldıran şəxsin arasında əlaqəni kəsən güclü elektrik dalğalar yayır və beləcə cizah başqa operatorun nəzarəti altında keçir. Yaxud da o sadəcə nəzarətsiz şəkildə yerə düşür.

Xatırladaq ki, Ukrayna dronların sayəsində xeyli uğurlu əməliyyatlar həyata keçirə bilib. Bir müddət öncə isə Rusiyanın "Serp-VS" adlı pilotsuz təyyarələrə qarşı elektron döyüş sistemini uğurla keçirməsi məlum olmuşdu. O, “Vektor” Tədqiqat İnstitutu tərəfindən hazırlanıb və dronların rabitə, idarəetmə, naviqasiya kanallarını sıxışdıra bilir.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Dron   Rusiya  





Xəbər lenti