Türkiyədə zəlzələdə ölənlərin sayı 41 mini ötdü

   Türkiyədə zəlzələdə ölənlərin sayı 41 mini ötdü
  19 Fevral 2023    Oxunub:2073
Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

"Son məlumatlara görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində 41 min 20 vətəndaş həyatını itirib", - AFAD-ın yaydığı açıqlamada bildirilir.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə yüksəlib.

AzVision.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib.

Onun sözlərinə görə, təbii fəlakətin baş verdiyi şəhərlərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

AzVision.az


Teqlər:





Xəbər lenti