Braziliyada leysan yağışlar 36 nəfərin həyatına son qoyub

Braziliyada leysan yağışlar 36 nəfərin həyatına son qoyub
  20 Fevral 2023    Oxunub:1080
Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində azı 36 nəfər ölüb, onlarla insan itkin düşüb.
Bu barədə "G1" portalı məlumat yayıb. Son sutka ərzində bölgəyə bir aylıq yağıntı düşüb. Təbii fəlakət çoxsaylı daşqınlara və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlarla insan dağıntılar altında qalmaqda davam edir. Təbii fəlakətdən əziyyət çəkən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Bir çox ərazilərdə su və elektrik enerjisinin verilişi dayandırılıb, mobil rabitə işləmir.

AzVision.az



Teqlər:





Xəbər lenti