Ermənistan ordusunun 2 hərbçisi ölüb

 Ermənistan ordusunun  2 hərbçisi  ölüb
  20 Fevral 2023    Oxunub:1088
Ermənistan ordusunun bir neçə hərbçisi həlak olub. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Sünik rayonunda avtomobil qəzası baş verib. Nəticdə iki hərbçi ölüb.

Zəngəzurda erməni hərbçi ölüb
“Hadisə fevralın 19-da saat 19:40 radələrində Xnatsax kəndi yaxınlığında baş verən qar uçqunu nəticəsində baş verib. Müdafiə Nazirliyinin “UAZ” markalı avtomobili dərəyə yuvarlanıb və nəticədə müqaviləli hərbçilər Zorand Qrantoviç Arzumanyan və Zorak
Samveloviç Yeranosyan həlak olublar”, - məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, daha iki hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri ilə hospitala yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Hərbçi   Qar-Uçqunu  





Xəbər lenti