Akar ordu ilə bağlı iddialara cavab verdi

  Akar ordu ilə bağlı iddialara cavab verdi
  20 Fevral 2023    Oxunub:881
“Türkiyə Silahlı Qüvvələri olaraq bu ağrını yüngülləşdirmək və vətəndaşlarımıza ilk andan kömək etmək üçün hər cür səy göstəririk. Mehmetçik terrorla mübarizədə və sərhəd təhlükəsizliyində olduğu kimi zəlzələlərlə mübarizədə də ilk andan etibarən edilməsi lazım olan hər şeyi etdi və etməyə də davam edir".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar ölkənin Silahlı Qüvvələri ilə bağlı yayılan iddialara cavab verərkən deyib.O bildirib ki, həqiqəti əks etdirməyən qərəzli iddialar yaxşı niyyətlə açıqlana bilməz. Milli Müdafiə Nazirliyi ilk andan millətin köməyinə qaçıb.

"Bu müzakirələr faktı əks etdirmir. Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin əsgərləri, mülki şəxsləri, fəhlə və texniki heyəti ilə ilk andan səfərbər olub və millətin köməyinə qaçıb. Gecə-gündüz bu böyük zəlzələ fəlakətinin yaratdığı yaraların sağalması üçün bütün əlaqədar qurum və təşkilatlarla əməkdaşlıq edir, koordinasiyalı şəkildə səylərini davam etdirir".

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

Zəlzələ nəticəsində 41 min 20 nəfər ölüb.

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti