"Nikol məscid ittihamına hazırlıqlı olmalı idi" - Xaratyan

   "Nikol məscid ittihamına hazırlıqlı olmalı idi" -    Xaratyan
  20 Fevral 2023    Oxunub:1413
Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanı tutarlı fikirləri ilə ifşa etməsi erməni cəmiyyətində qıcıq yaradıb.
AzVision.az xəbər verir ki, ziyalılar, jurnalistlər, siyasətçilər Nikol Paşinyanın həmişəki kimi uğursuz çıxışlar etməsi ilə seçilməsindən gileylənirlər. Məsələn, "Aliq Media"nın rəhbəri, jurnalist Arsen Xaratyan qeyd edib ki, əslində konfransda baş verənlər haqqında çox danışmaq olar. O, Paşinyanın dil biliyinin də aşağı səviyyədə olmasından gileylənib: "Baxmayaraq ki, deməyə xeyli sözüm var, Paşinyan, Qaribaşvili, Əliyev formatında təşkil olunan müzakirədən uzun-uzadı yazmayacağam. Amma Münhen görüşü ilə bağlı iki məqamı qeyd etmək yerinə düşər. Birincisi, Nikol Paşinyan belə formatda təşkil olunan müzakirələrdə ermənicə danışmalıdır. Yalnız ermənicə çıxış etməlidir! İkincisi, Azərbaycanın dəfələrlə səsləndirdiyi və indi də ittiham etdiyi məsələlərə məscidlərin dağıdılması və s. problemlərə cavablar əvvəlcədən hazırlanmalıdır. Yəni üzərində işlənmiş cavablar olmalıdır".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Azərbaycan  



Xəbər lenti