Türkiyədə baş verən zəlzələlərdə Adıyamandakı evi dağılan Nurşen Salhan 4 baş mal-qarası ilə Antalyada bir otelə sığınıb. Obyektin həyətində Salhanın heyvanları üçün müvəqqəti tövlə tikilib.
2 inək və 2 buzovla Manavgata gəldiyini açıqlayan Salhan "Qorxudan başqa heç nə hiss edə bilmədim. Çətinliklə çölə çıxdım. Məhərrəm bəyin otelinin bağçasında müvəqqəti olaraq sığınacaq tapdıq. Amma gələcəkdə özüm və heyvanlarım üçün sığınacağa ehtiyacım var", deyə bildirib.