Ölən erməni əsgərlə bağlı iş açıldı - İntihar edib

  Ölən erməni əsgərlə bağlı iş açıldı -    İntihar edib
  20 Fevral 2023    Oxunub:1124
Ermənistan ordusunda xidmət aparan əsgərin Tavuş rayonundakı postda ölümü ilə bağlı cinayət işi açılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilir ki, ilkin versiyaya görə, 2004-cü il təvəllüdlü çağırışçı A.P. ona həvalə edilmiş avtomatdan açılan tək atəş nəticəsində ölüb.

"Faktla bağlı araşdırma aparılır. Bir sıra hərbçilər dindirilib, məhkəmə-tibbi, ballistik və digər ekspertizalar təyin edilib. Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması, o cümlədən A.P. ilə hərbçilər arasında əvvəlki dövrdə mümkün "dedovşina"ların müəyyən edilməsi üçün bütün tədbirlər görülür. A.P.-nin fevralın 19-da saat 12:45 radələrində mövqelərdən birində başından güllə yarası ilə meyiti tapılıb", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   İntihar  





Xəbər lenti