Ruslar Qarabağ ermənilərinə 35 ton ərzaq payladılar - VİDEO

 Ruslar Qarabağ ermənilərinə 35 ton ərzaq payladılar -    VİDEO
  20 Fevral 2023    Oxunub:1022
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhmərmalı Kontingenti erməni məktəblilərə və aztəminatlı ailələrə ərzaq bağlamaları paylayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiys Sülhməramlı Kontingenti məlumat yayıb. Qeyd edilir ki, uşaq evlərindən birinə də humanitar yardım verilib.

Rusiyalı hərbçilər bu məqsədlə Laçın dəhlizi ilə Xankəndiyə 35 ton ərzaq çatdırıblar.

Məlumata görə yüklərin tərkibinə aztəminatlı və çoxuşaqlı ailələr üçün un, günəbaxan yağı, müxtəlif dənli bitkilər, tərəvəz konservləri, şəkər, peçenye, qatılaşdırılmış süd, mürəbbə və şirələr olub.

"Biz birik" adı altında aparılan bu yardımlardan biri Xankəndidəki Andrey Saxarov adına 8 nömrəli məktəbdə reallaşıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Sülhməramlı  





Xəbər lenti