Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqladı

   Bayden Ukraynaya yeni  hərbi yardım paketini açıqladı
  20 Fevral 2023    Oxunub:1264
ABŞ prezidenti Co Bayden Kiyevə elan olunmamış səfəri zamanı Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketi alacağını açıqlayıb.
Qeyd olunur ki, rəsmi olaraq yeni yardım paketinin təqdim olunması sabah, fevralın 21-də açıqlanacaq.

"Bu gün açıqlanan paketə HIMARS və haubitsalar üçün döyüş sursatı, xüsusən Javelin, tank əleyhinə sistemlər, Ukrayna xalqını bombardmanlardan qorumaq üçün hava müşahidə sistemləri daxildir", - ABŞ prezidenti bildirib.

Bundan əlavə, Bayden silah tədarükü ilə bağlı öhdəliklərini açıqlayıb. Bura 700-dən çox tank, minlərlə zirehli texnika, min artilleriya sistemi, 2 milyondan çox artilleriya mərmisi və s. daxildir.

Qeyd edək ki, Co Bayden Ukraynanın paytaxtına gəlib. Kiyevdə buna görə şəhər mərkəzi bağlanıb. Bu gün onun Polşaya iki günlük səfərinin rəsmi olaraq başlaması planlaşdırılırdı. “The New York Times” qəzetinin yazdığına görə, Bayden oradan qatarla Kiyevə gedib və onun səfəri təhlükəsizlik səbəbi ilə elan edilməyib. “Politico”nun məlumatına görə, ABŞ prezidentinin köməkçiləri onun səfərini çox riskli hesab ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti