"Baydenin səfərinin nəticəsi döyüş meydanında hiss olunacaq" - Zelenski
Bu səfərlərin nəticələri, şübhəsiz ki, döyüş meydanında, əsgərlərimizin gücləndirilməsində və ərazilərimizin azad edilməsində hiss olunacaq”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın Ukraynanı M1 Abrams tankları ilə təmin etmək qərarı artıq “tank koalisiyasının” əsasını qoyub.
"Hava hücumundan müdafiə məsələsində irəliləyişimiz tarixən vacibdir və bunlar şəhərlərimizi qoruyan Patriotlardır. Bu, həqiqətən də əsaslı möhkəmlənmədir", - Zelenski vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden bu gün gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə gedib. Bu, Amerika liderinin səlahiyyət müddəti başlayandan bəri Ukraynaya ilk səfəridir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


