Hatay zəlzələsində ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB

   Hatay zəlzələsində ölənlərin sayı 6-ya çatıb -  YENİLƏNİB
  21 Fevral 2023    Oxunub:2099
Türkiyənin Hatay əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Hürriyyət qəzeti məlumat yayıb. Bildirilib ki, 4 mərtəbəli qəzalı binadan əşyalarını çıxartmağa çalışan şəxslər zəlzələ zamanı dağıntılar altında qalıb. Hazırda ərazidə 2 nəfərin cəsədi çıxarılıb. Beləliklə, zəlzələ nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.

***
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, dağıntılar altında qalan iki nəfərin axtarışı üzrə işlər davam etdirilir. Zəlzələr nəticəsində 18-i ağır olmaqla 284 nəfər yaralanıb.

Bölgədə bu saata qədər ən böyüyüyü 5,8 bal gücündə olan 32 afterşok qeydə alınıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

AzVision.az


Teqlər:



Xəbər lenti