Hatay zəlzələsində ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB
***
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.
Bildirilib ki, dağıntılar altında qalan iki nəfərin axtarışı üzrə işlər davam etdirilir. Zəlzələr nəticəsində 18-i ağır olmaqla 284 nəfər yaralanıb.
Bölgədə bu saata qədər ən böyüyüyü 5,8 bal gücündə olan 32 afterşok qeydə alınıb.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


