Kuleba Rusiya ilə sülhün iki şərtini açıqlayıb
“Bölgədə və bütün Avro-Atlantik məkanda davamlı sülhü təmin etmək üçün nə etmək lazımdır? Bu sualın iki cavabı var. Birincisi, Ukrayna Avropa İttifaqı NATO-ya üzv olmalıdır. İkincisi, Rusiya dəyişməlidir. Ən maraqlı müzakirə isə Rusiya ilə nə etmək barədədir”, - nazir bildirib.
“Düşünürəm ki, ruslar özləri normal həyata qayıtmaq üçün nəyi dəyişdirmək lazım olduğunu düşünməlidirlər. Nəhayət, dayanıqlı sülh o zaman mümkün olacaq ki, Rusiya təhdid olmaqdan əl çəksin”, - deyə Ukrayna nümayəndəsi bildirib.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


