"Dünyada 345 milyon insan aclıqdan ölə bilər" - BMT

   "Dünyada 345 milyon insan aclıqdan ölə bilər" -    BMT
  21 Fevral 2023    Oxunub:1041
“Qara dəniz taxıl təşəbbüsünün müddəti bitmək üzrədir. 345 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi bir vaxtda müqavilənin müddəti uzadılmalıdır”.
AzVision.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli tviterdə yazıb.

Onun sözlərinə görə, taxıl müqaviləsi dünyada təbii fəlakətlər fonunda əhəmiyyət kəsb edir və bu istiqamətdə uğursuzluğa yol verilməməlidir.

Ukraynadan ərzaq ixracına dair müqavilələr ötən il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti