"Bayden Ukrayna siyasəti ilə bizi dünya müharibəsinə aparır" - Tramp

   "Bayden Ukrayna siyasəti ilə bizi dünya müharibəsinə aparır" -    Tramp
  21 Fevral 2023    Oxunub:685
"ABŞ prezidenti Co Bayden Ukrayna siyasəti ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq edə bilər".
AzVision.az xəbər verir ki, bunu Amerikanın keçmiş prezidenti Donald Tramp deyib.

"Əgər siz Baydenin Ukrayna ilə bağlı addımlarını izləsəniz görərsiniz ki, o, sistematik olaraq, bəlkə də şüursuz şəkildə bizi tezliklə üçüncü dünya müharibəsinə çevrilə biləcək şeyə doğru daşıyır. Məgər bu ağılsızlıq deyilmi?", - Tramp sosial şəbəkədə yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Tramp   Ukrayna  





Xəbər lenti