Ərdoğan və Baxçalı zəlzələ bölgəsində - FOTOLAR

   Ərdoğan və Baxçalı zəlzələ bölgəsində -     FOTOLAR
  21 Fevral 2023    Oxunub:1826
Prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı Kahramanmaraşın konteyner şəhəri Karacasuda olub, zəlzələdən zərərçəkənlərlə görüşüb.
Ərdoğan vətəndaşlarla söhbət edib, onların problemlərini dinləyib. Bütün zəlzələ bölgəsində 10 min konteynerin quraşdırılmasının tamamlandığını bildirən prezident qeyd edib ki, 65 min konteynerin quraşdırılması davam edir.

"Bu rəqəmi 100 minə, lazım gələrsə, 200 minə çatdıracağıq. Kahramanmaraşda konteynerlərin qurulacağı ərazilərdə işlər tam sürətlə davam edir. Daimi yaşayış yerləri ilə bağlı konkret addımlar atmaq mərhələsindəyik. Ümid edirəm ki, mart ayında təməlini ataraq Kahramanmaraşda 45 min 67 evin tikintisinə başlayacağıq".






Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti