Avropa İttifaqı Ukrayana silahları öz büdcəsindən ala bilər

   Avropa İttifaqı Ukrayana silahları öz büdcəsindən ala bilər
  21 Fevral 2023    Oxunub:898
Avropa Komissiyası Ukrayna üçün silah və sursat istehsalçılarına avans ödənişlərinin təmin edilməsi üçün Avropa İttifaqının büdcəsindən istifadə imkanlarını araşdırır.
Bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb. Maliyyələşdirmə modeli COVID-19 peyvəndinin alınması üçün yaradılan komissiyaya bənzəyəcək. "Müdafiə sənayesini işə salmaq üçün bizə yeni inyeksiya lazımdır. Reallıq indiki sistemlərdən kənara çıxıb" - mənbələrdən biri nəşrə deyib.

Komissiyanın yekun təklifi müdafiə nazirlərinin martın 7-də keçiriləcək iclasından əvvəl Aİ-nin 27 üzvünə paylanacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti