Məşhur erməni general həbs edildi - Adı çirkli pullarda hallanır

 Məşhur erməni general həbs edildi -  Adı çirkli pullarda hallanır
  21 Fevral 2023    Oxunub:1386
Ermənistanın 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov saxlanılıb.
AzVision.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu ona qarşı açılan cinayət işinin bəzi təfərrüatlarını yayıb. Qeyd edilir ki, erməni general çirkli pulların yuyulmasında günahlandırılır. Hazırda iş Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində araşdırılır.

Prokurorluğun məlumatında qeyd olunur ki, Xaçaturova qarşı açılan iş, onun cinayət hərəkətləri 2006-2010-cu illərdə, o, hərbi hissələrdən birinin komandiri olduğu dövrdə baş verib. Söhbət vəzifə səlahiyyətlərindən sui-istifadə və daşınmaz əmlakların leqallaşdırılmasından (çirkli pulların yuyulmasından) gedir.

Polis Xaçaturovun oğlunu saxladı - VİDEO
Maraqlıdır ki, bu cinayət işi keçmiş müdafiə naziri, parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanla bağlıdır. Bir müddət öncə parlament baş prokuror Anna Vardapetyanın qaldırdığı vəsatəti təmin edərək, Ohanyanın toxunulmazlığını təmin etmişdi. Məlumata görə, hərbi cani, Ohanyan nazir olduğu müddətdə əmr imzalayaraq Ararat rayonunda yerləşən iki hərbi hissənin əraziləri və binaları bazar qiymətlərindən xeyli aşağı qiymətə satılmasını təmin edibmiş. Torpaqlardan birinin real alıcısı isə bölmə komandiri Qriqori Xaçaturov olub.

Qeyd edək ki, general Qriqori Xaçaturov Baş Qərargahın keçmiş rəhbəri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını eks-baş katibi Yuri Xaçaturovun oğludur. "Balaca Xaçaturov" 2021-ci ilin iyulunda 3-cü Ordu Korpusunun komandiri vəzifəsini tərk edib. Sonradan o, bir neçə dəfə müxalifətin hökumət əleyhinə təşkil etdiyi etiraz aksiyalarında iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   General   Həbs   Ermənistan   Çirkli-Pullar  





Xəbər lenti