Zəlzələlərlə xarabalığa çevrilən Hatayın son vəziyyəti - FOTOLAR

   Zəlzələlərlə xarabalığa çevrilən Hatayın son vəziyyəti -    FOTOLAR
  21 Fevral 2023    Oxunub:1604
Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ziyan görən Hatay dünən axşam saatlarında yenidən silkələnib.
Qazi rayonu, Şəhid Murat Nuraydın küçəsində yerləşən yaşayış binası 6,4 bal gücündə zəlzələ nəticəsində dağılıb. Dağıntı sahəsinə səhər saatlarında baxılıb.

Hatay mərkəzli zəlzələdə indiyədək 6 nəfərin öldüyü, 18-i ağır olmaqla 294 nəfərin yaralandığı açıqlanıb. Səhiyyə naziri Fahrettin Koca 18 ağır yaralının hava və quru yolu ilə Adana və Dörtyola aparıldığını bildirib. Zərərli binadan əşyalarını götürməyə çalışan 3 nəfər dağıntılar altında qalıb.

Bölgədəki vətəndaşlardan zədələnmiş binalardan uzaq durmaları istənilib.








Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti