Ukrayna münaqişəsi qlobal iqtisadiyyata 1,6 trilyon dollar ziyan vurub

   Ukrayna münaqişəsi qlobal iqtisadiyyata    1,6 trilyon    dollar ziyan vurub
  21 Fevral 2023    Oxunub:680
Ukrayna münaqişəsi 2022-ci ildə dünyaya 1,6 trilyon dollara başa gəlib.
AzVision.az xəbər verir ki, bu barədə "Rheinische Post" nəşri Köln İqtisadi Araşdırmalar İnstitutunun hesablamalarına istinadən məlumat yayıb.

Tədqiqatçıların fikrincə, 2023-cü ildə isə münaqişənin nəticələri dünya iqtisadiyyatına bir trilyon dollara başa gələ bilər.

Qeyd edilir ki, döyüşlər istehsalat və hasilatın azalmasına ciddi şəkildə təsir edib, daşınma, təchizat zəncirlərini isə pozub. Həmçinin müharibə enerji qiymətlərinin artmasında da rol oynayıb. Araşdırmalar göstərir ki, bu amillər inflyasiyanın sıçrayışına və alıcılıq qabiliyyətinin azalmasına səbəb olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti