"Möcüzə" körpənin yeni ailəsi bəlli oldu

"Möcüzə" körpənin yeni ailəsi bəlli oldu
  21 Fevral 2023    Oxunub:2199
Suriyada dağıntılar altında doğulan və "Möcüzə" adlandırılan körpə Aya sağ qalan yeganə qohumuna verilib. AP-yə danışan əmi körpəyə ölən anasının adını verdiklərini açıqlayıb.
Qeyd edək ki, Suriyanın şimal-şərqindəki Afrinin Cinderes qəsəbəsində dağıntılar altında dünyaya gələn körpə Aya xilas edilərkən hələ də anasına göbək bağı ilə bağlı idi.

Axtarış-xilasetmə qrupları tərəfindən qurtarılan körpənin şəkli bütün dünyada əks-səda doğurdu və zəlzələdə ümid simvoluna çevrildi. Afrində xəstəxanaya aparılaraq müalicə olunan Ayanın anası, atası və 4 bacısının dağıntılar altında öldüyü öyrəniləndə dünyada minlərlə insan körpəni övladlığa götürmək istədi. Xəstəxana hətta körpənin qaçırılması cəhdlərinin olduğunu və xüsusi təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqladı

Daha sonra körpə sağ qalan yeganə qohumu əmisi Xəlil əl-Səvadiyə verildi.

Associated Press (AP) xəbər agentliyinə danışan əmi körpəyə anasının adını (Afraa) verdiklərini bildirib.

“O, indi mənim övladlarımdan biridir, onu heç vaxt öz övladlarımdan ayırmayacağam. Ailəsində bu körpədən başqa heç kim sağ deyil. Atasının, anasının, bacı-qardaşlarının xatirəsini yaşadacaq”.

Episentri Kahramanmaraş olan zəlzələ Suriyada da böyük dağıntılara səbəb olub. İndiyədək zəlzələdə 5800-dən çox insan həlak olub.

Qəsəbədəki jurnalist Məhəmməd əl-Adnan BBC-yə : “Vəziyyət fəlakətlidir. Dağıntılar altında çoxlu insan var. Hələ çıxara bilmədiyimiz bəzi şeylər var”, - bildirib.

Ağ Dəbilqəlilər Cinderesdə axtarış-xilasetmə işləri aparır.

Qəsəbədəki jurnalist Məhəmməd əl-Adnan BBC-yə: “Vəziyyət fəlakətlidir. Dağıntılar altında çoxlu insan var. Hələ çıxara bilmədiyimiz bəzi şeylər var” deyib

Məhəmməd əl-Kamel isə: “Binalar belə pis vəziyyətdə olduğundan xilasedicilərin özləri də qurban ola bilər. Biz işimizi davam etdirəcəyik”, - qeyd edib.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti