“RT France” müflis olub

 “RT France” müflis olub
  27 Fevral 2023    Oxunub:769
“RT France” telekanalı müflis elan olunması üçün məhkəməyə müraciət edib.
Bu barədə Politico məhkəmənin qərarına istinadən xəbər verir. Nəşr qeyd edib ki, 2023-cü il fevralın 1-də “RT France”ın baş redaktoru Kseniya Fedorova ödənişlərin dayandırılması üçün Fransanın Nanter şəhərinin kommersiya məhkəməsinə ərizə ilə müraciət edib və ləğvetmə prosedurunun başlanılması üçün məhkəmədə vəsatət qaldırıb.

Qəzet iddia edib ki, fevralın 23-də məhkəmə monitorinq prosedurunun həyata keçirilməsi barədə qərar verib və iş üzrə iclası aprelin 20-nə təyin edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti