“Biz Ukrayna xalqı ilə müharibə aparmırıq” - Putin

   “Biz Ukrayna xalqı ilə müharibə aparmırıq” -    Putin
  21 Fevral 2023    Oxunub:879
"Ukraynalılar Kiyev və Qərb hakimiyyətlərinin girovuna çevriliblər. Rusiya Ukrayna xalqı ilə müharibə aparmır".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı deyib.

Putin Fedaral Məclisdə çıxış edib -VİDEO
O iddia edib ki, Qərb uzun illərdir ki, Rusiya sərhədlərində qeyri-sabitlik yaratmağa yönəlmiş siyasət yürüdür. Həmçinin Putin Avropada yad əllər vasitəsilə müharibənin alovlandırmağa cəhdlərin olduğunu xatırladıb.

“Biz Ukrayna xalqı ilə müharibə aparmırıq”, - deyən prezident bu ifadəni artıq bir neçə dəfə vurğuladığını qeyd edib.

Kreml rəhbəri onu da vurğulayıb ki, "Qərb elitaları total və prinsipsiz yalanların simvoluna çevriliblər, xalqlarını aldadırlar".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Qərb   Ukrayna  





Xəbər lenti